Fransız jurnalı Le Point Makrona istefa çağırışı ilə çap olunub

Fransız jurnalı Le Point prezident Emmanuel Makrona siyasi böhran səbəbindən istefa verməyə çağıran üz qabığı ilə işıq üzü görüb.
Crossmedia.az xəbər verir ki, jurnalın üz qabığında Makronun fotosu yerləşdirilib və yuxarı hissədə böyük hərflərlə yazılıb: «Cənab prezident, başınızı uca tutaraq istefa verin».
Le Point-in baş redaktoru və jurnalist Étienne Gernelle öz jurnalda bildirib ki, Makronun prezidentlik müddətinin qalan 1,5 ili ölkə üçün «həqiqi kabus» olacaq. Onun sözlərinə görə, Makron 2027-ci ilə qədər yalnız siyasi hədəflərinə çatmaqla kifayətlənməyəcək, həm də 2024-cü ilin iyun ayında Milli Assambleyanın buraxılması ilə başlayan siyasi qeyri-sabitliyin təsirlərini minimuma endirə bilməyəcək.
Gernelle qeyd edib ki, prezident seçkiləri 2026-cı ildə, mart ayında keçiriləcək bələdiyyə seçkilərindən sonra erkən təşkil edilə bilər. Bu, «çətin dövrü» qısaltmağa imkan verəcək.
Jurnalist əlavə edib ki, bütün proseslər tələsmədən və öncədən elan edilməlidir ki, əsl seçki kampaniyası baş tutsun. Bu addım Makrona vəziyyətdən başını uca tutaraq çıxmaq və öz xidmətlərini qorumaq imkanı verəcək.
Türkan Kərimli
18:36 09.10.2025
Oxunuş sayı: 1368