Husilər Səudiyyə Ərəbistanında iki aeroporta zərbə endirib
Husilər Səudiyyə Ərəbistanının Cizan və Nəcran hava limanlarına hücum edib, nəticədə 3 nəfər xəsarət alıb.
Crossmedia.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi bu barədə məlumat yayıb.
Məlumata görə, hücumlar dünən axşam saatlarında həyata keçirilib.
Hadisə nəticəsində hər iki aeroporta maddi ziyan dəyib. Yaralanan 3 nəfərin vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.
12:27 06.10.2026
Oxunuş sayı: 56