Hörmüz boğazında neft savaşı: İraq tanker donanmasını gücləndirir
İraq neftin Hörmüz boğazından daşınmasına nəzarəti gücləndirmək üçün ən azı iki tanker icarəyə götürməyi planlaşdırır.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Dövlətə məxsus Iraqi Oil Tankers Co. ən azı bir VLCC sinifli supertanker və bir Suezmax sinifli tanker icarəyə götürmək niyyətindədir. Şirkət əlavə tankerlərin cəlb edilməsi ilə bağlı tenderi də yenidən elan etməyi planlaşdırır. Əvvəlki tender məqbul təkliflərin olmaması səbəbindən ləğv edilmişdi.
Bağdad bununla gəmilərini təhlükəli əraziyə yalnız böyük endirimlər müqabilində göndərməyə razı olan alıcılardan asılılığı azaltmağa çalışır.
İcarəyə götürüləcək tankerlərin nefti Hörmüz boğazından çıxarması və daha sonra boğazdan kənarda digər gəmilərə yükləməsi nəzərdə tutulur.
Bununla belə, tanker donanmasının genişləndirilməsi İraq üçün baha başa gəlir. Bu yaxınlarda İraq şirkətlərinin aldığı supertankerlərdən birinin qiymətinin təxminən 200 milyon dollar olduğu bildirilir.
11:59 06.10.2026
Oxunuş sayı: 51