60 yaşlı qadın ana oldu - SƏN DEMƏ İKİ İL ƏVVƏL...
Çində 60 yaşlı Çjan soyadlı qadın oğlunun doğulmasından iki il sonra qız övladı dünyaya gətirib.
Crossmedia.az xəbər verir ki, “South China Morning Post” bu barədə məlumat yayıb.
Qadının qızı sentyabrın 17-də qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib. Çjan bildirib ki, oğul və qız övladının olması onu çox xoşbəxt edir və həyatını tamamlanmış hiss edir.
Çjan ikinci övladını 58 yaşında dünyaya gətirib. Onun mama-ginekoloqu Çində bu yaşda hamiləliklərin kifayət qədər nadir olduğunu qeyd edib. Qadının ekstrakorporal mayalanma (EKM) prosedurundan istifadə edib-etmədiyi isə məlum deyil.
Çjan bildirib ki, bu yaşda yenidən ana olmaq qərarını ilk övladını 2022-ci ildə itirdikdən sonra verib. Həyat yoldaşının narahatlığına baxmayaraq, qadın bunun öhdəsindən gələcəyinə əmin olub.
Onun sözlərinə görə, hər iki hamiləliyi rahat keçirib və gündəlik ev işləri ilə məşğul olmağa davam edib.
60 yaşlı qadın uzun ömür sürəcəyinə də inandığını deyib. O, 94 yaşlı anasının səhhətinin yaxşı olduğunu, görmə və eşitmə qabiliyyətinin qorunduğunu və pilləkənləri özü qalxa bildiyini bildirib.
Daha əvvəl Çinin Sunyuan şəhərində 63 yaşlı qadının ikinci övladını dünyaya gətirdiyi barədə məlumat yayılmışdı. Adı açıqlanmayan qadının EKM vasitəsilə hamilə qaldığı bildirilmişdi.
12:17 06.10.2026
Oxunuş sayı: 54