Azərbaycan Almaniya ilə aqrar sektorun rəqəmsallaşdırılmasını müzakirə edib

Azərbaycan və Almaniya kənd təsərrüfatının rəqəmsallaşdırılması sahəsində əməkdaşlıq imkanları ilə bağlı müzakirələr aparıb.
Crossmedia.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, müzakirələr nazir Məcnun Məmmədovla Almaniyanın Azərbaycandakı səfiri Ralf Horleman arasında görüşdə baş tutub.
Tərəflər aqrar sahədə əməkdaşlıq və hüquq-müqavilə bazasının gücləndirilməsini nəzərdən keçirib.
İki ölkə arasında Anlaşma Memorandumunun imzalanması və fəaliyyət planının hazırlanması, kənd təsərrüfatı və qida məhsullarının ticarətinin artırılması, iş adamları arasında əlaqələrin genişləndirilməsi, aqrar sahədə məhsuldarlığın daha da artırılması, torpaq və su resurslarından səmərəli istifadə, kənd təsərrüfatının rəqəmsallaşdırılması, bu sahədə ən müasir texnologiyaların transferi, heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasında mütəxəssis dəstəyi, aqrar sektorda elmi-tədqiqat və təhsil sahələrində təcrübə proqramlarının həyata keçirilməsi də müzakirə edilib, kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.
16:57 09.10.2025
Oxunuş sayı: 1260