Peskov: Rusiya və ABŞ arasında Ukrayna danışıqlarında “ciddi fasilə” yaranıb

Rusiya və ABŞ arasında Ukrayna üzrə dialoqda “ciddi fasilə” yaranıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
Məlumata görə, Peskov bildirib ki, Ukrayna ilə bağlı danışıqlar prosesi faktiki olaraq dayanıb və İstanbulda keçirilən danışıqların inkişafında “ciddi fasilə” müşahidə olunur.
O, həmçinin qeyd edib ki, Rusiya tərəfi ABŞ-dan Prezident Vladimir Putinin Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsi (DSNV) ilə bağlı təklifinə cavab almayıb.
Peskovun sözlərinə görə, Vladimir Putinlə Donald Tramp arasında yeni görüş planlaşdırılmır.
Kremlin nümayəndəsi əlavə edib ki, Kiyev “avropalıların ruhlandırması” nəticəsində sülhə maraq göstərmir və cəbhədə uğur əldə etməyə ümid edir.
Türkan Kərimli
15:37 09.10.2025
Oxunuş sayı: 1080