Bakının bəzi ərazilərində qaz təchizatı dayandırılacaq

Qaz xətləri üzərində qoruyucu atıcı klapanın quraşdırılması və ortatəzyiqli yerüstü qaz xəttinin dayaqlar üzərinə qaldırılması işləri ilə əlaqədar 08.10.2025-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək "Nizami-Keşlə", "8-ci km Əlavə" və "NZS" qaz xətlərində qaz təchizatı dayandırılacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Nizami rayonunun Keşlə və NZS qəsəbələrinin, 8-ci köndələn, P.Fərzəliyev, Y.Səfərov, İ.Həbibov, O.Vəliyev, N.Abdullayev, Sabir, M.Ağayev, R.Ağayev və A.Mirzəyev küçələrinin, Pirallahı qəsəbəsinin S.Vurğun küçəsinin, həmçinin Xətai rayonunun İ.Orucov, S.Orucov, Mehdizadə və A.Cəlilov küçələrinin qaz təchizatında fasilə yaranacaq.
19:00 07.10.2025
Oxunuş sayı: 1012