Qadına bıçaqla hücum edildi: Şübhəli şəxs axtarışdadır
Moskvada 1975-ci il təvəllüdlü qadın bıçaq xəsarətləri ilə aşkarlanıb, hadisənin şübhəli şəxsi axtarılır.
Crossmedia.az xəbər verir ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi bu barədə “Lenta.ru”ya məlumat verib.
Hadisə oktyabrın 6-da Litovski bulvarındakı yaşayış binasının mənzilində baş verib. Qadının çoxsaylı bıçaq xəsarətləri aldığı müəyyən edilib.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi, yəni qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb.
İlkin məlumata görə, qadına hücum edən şəxs onun rəfiqəsinin həyat yoldaşı olub. Hadisə yerində müstəntiqlər və kriminalistlər işləyir, şübhəli şəxsin axtarışı davam etdirilir.
16:10 06.10.2026
Oxunuş sayı: 43