Rusiya Azərbaycanla aqrar əməkdaşlığa dair danışıqlar aparmağı planlaşdırır

Rusiya Azərbaycanla kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair danışıqlar aparmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiyanın Baş naziri Mixail Mişustinin imzaladığı sərəncamda bildirilib.
"Rusiyanın Kənd Təsərrüfatı Nazirliyinin bu ölkənin Xarici İşlər Nazirliyi ilə razılaşdırılmış, Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi ilə Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması barədə danışıqların keçirilməsi təklifi qəbul edilsin", - sənəddə vurğulanıb.
14:37 03.10.2025
Oxunuş sayı: 1074