Respublikada fəaliyyət göstərən akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzi tərəfindən respublika ərazisində fəaliyyət göstərən (qeydiyyatda olan və olmayan) akvakultura təsərrüfatlarının ilkin uçotu aparılır.
Crossmedia.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bu məqsədlə təsərrüfat sahibləri - fiziki və hüquqi şəxslər ad, soyad ata adı, əlaqə nömrəsi, ünvanlarını, təsərrüfatın sahəsini, təsərrüfatın su səthinin sahəsini, yetişdirilən növləri və hər növ üzrə yetişdirilən həcmləri və satış üçün nəzərdə tutulan miqdarları qeyd edərək [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.
İlkin uçotun aparılmasında əsas məqsəd ölkə ərazisində fəaliyyət göstərən təsərrüfatların sayını, onların coğrafi yerləşməsini, istifadə olunan su resurslarını, yetişdirilən akvakultura növləri üzrə illik istehsal həcmlərini və ümumi istehsal potensialını müəyyənləşdirməkdir.
Toplanacaq məlumatlar gələcək illərdə yerli istehsalın təşviqi, subsidiya layihələrinin hazırlanması, təsərrüfatların qeydiyyatının sadələşdirilməsi və mövcud qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görüləcək işlərin sürətləndirilməsinə xidmət edəcək.
09:47 30.09.2025
Oxunuş sayı: 1119