İsrailin “Avroviziya”dakı taleyini səsvermə müəyyən edəcək

Avropa Yayım Birliyi (AYB) noyabr ayında onlayn səsvermə keçirəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Guardian məlumat yayıb.
Bu səsvermə İsrailin ictimai teleradio şirkəti “Kan”ın 2026-cı il “Avroviziya” Mahnı Müsabiqəsində iştirak edib-etməyəcəyini müəyyən edəcək.
Qərar bir sıra ölkələrin – İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniya da daxil olmaqla – boykot hədəsindən sonra qəbul olunub.
Xumar Emilqızı
19:21 26.09.2025
Oxunuş sayı: 1010