Netanyahu çıxış edərkən zal boşaldı – Qəzzaya canlı mesaj göndərdi

İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasında çıxış edərkən zalın böyük hissəsi nümayəndələr tərəfindən tərk edilib. Çıxışı zamanı Netanyahu bildirib ki, hazırda Qəzza zolağı dinamiklərlə əhatə olunub və onun BMT-dəki çıxışı orada canlı şəkildə yayımlanır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
O, İsrail vətəndaşı olan girovlara müraciət edərək qeyd edib ki, ölkə hər birini azad edənədək mübarizəni dayandırmayacaq. Netanyahu həmçinin vurğulayıb ki, İsrail kəşfiyyatı Qəzzadakı telefon sistemlərini sındırıb və bu çıxış birbaşa olaraq bölgəyə ötürülür.
Qeyd edək ki, çıxışının sonunda Netanyahu HƏMAS-a müraciət edərək silahı yerə qoymağa və İsrailin tələblərini qəbul etməyə çağırıb.
Fatimə Məmmədova
18:57 26.09.2025
Oxunuş sayı: 1648