Misir Mərdanov: Bu addımın gələcəkdə faydalarını görəcəyik

Milli Məclisdə Azərbaycan dili, ədəbiyyat və ingilis dili dərslikləri ilə bağlı ictimai dinləmə keçiriləcək. Bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov komitənin bugünkü iclasında deyib.
Onun sözlərinə görə, ingilis dili dərsliklərinin siyahıya salınmasını elm və təhsil naziri Emin Əmrullayev özü xahiş edib və ictimai dinləmədə də şəxsən iştirak edəcəyini söyləyib.
Sözegedən təşəbbüsün əhəmiyyəti barədə keçmiş təhsil naziri Misir Mərdanov Crossmedia.az-a açıqlama verib.
O, bu təklifi alqışlayıb: "Bu təşəbbüsü alqışlayır, doğru hesab edirəm. Düşünürəm ki, bu addımın gələcəkdə faydalarını görəcəyik".
Elmir Heydərli
14:41 26.09.2025
Oxunuş sayı: 3698