Eslami: “Zədələnmiş nüvə obyektləri yenidən qurulacaq”

İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd Eslami deyib ki, ABŞ və İsrailin İranın nüvə obyektlərinə qarşı hücumlarına toxunaraq, zədələnmiş obyektlərin yenidən qurulacağını bəyan edib.
Crossmedia.az xəbər verir ki, Eslami bu barədə"Sky News" telekanalına müsahibəsində deyib.
Eslami, beynəlxalq təzyiqlər və İsrailin təhdidlərinə baxmayaraq, bu obyektlərin bərpası üçün qətiyyətli olduqlarını vurğulayıb.
O, müsahibəsində, "obyektlərə hərbi hücum zamanı onların zədələnməsi və infrastrukturun məhv olması tamamilə təbiidir. Vacib olan, elm, bilik, texnologiya və sənayenin İran tarixindəki köklü yeridir" deyə bildirib.
Qeyd edək ki, İranın nüvə obyektlərinin bərpası, Amerika və İsrailin zərbələri nəticəsində yaranan zərərlərin düzəldilməsi məqsədini güdür.
17:42 24.09.2025
Oxunuş sayı: 3201