Quterreş: BMT prinsipləri heç vaxt bu qədər hücum altında olmayıb

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Guterreş, qurumun 80 illiyi münasibətilə Baş Assambleyada keçirilən iclasda çıxış edib.
Crossmedia.az "CNN"ə istinadən xəbər verir.
O, BMT-nin banilərinin İkinci Dünya Müharibəsi kimi böyük bir fəlakəti yaşamış olduqlarını xatırladaraq deyib:
“Sülh ən cəsur, ən praktik və ən vacib axtarışdır. Onlar BMT-ni qurarkən fövqəladə bir şey yaratdılar.”
Baş katib BMT prinsiplərinin indiyə qədər heç vaxt olmadığı qədər təzyiq və hücum altında olduğunu vurğulayıb:
“Qəzzada, Ukraynada, Sudanda və başqa yerlərdə mülki şəxslər hədəf alınır, beynəlxalq hüquq pozulur.”
Guterreş əlavə edib ki, BMT qlobal problemlərin aradan qaldırılmasında mühüm uğurlara imza atıb:
“İrəliləməyin
yeganə yolu birlikdir. Gəlin birlikdə açıqlıq, cəsarət və inamla yüksələk və
sülh vədini həyata keçirək.”
21:17 22.09.2025
Oxunuş sayı: 904