Azərbaycan və Çin arasında yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsi müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Çinin “Datang Overseas Investment Co” şirkətinin prezidenti Yuanlong Jou ilə görüşüb.
Crossmedia.az Nazirlikdən verilən məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın Çinlə iqtisadi-ticarət tərəfdaşlığına böyük önəm verdiyi vurğulanıb. Ölkəmizin əlverişli işgüzar mühiti, qarşılıqlı faydalı tərəfdaşlığın inkişafı istiqamətləri haqqında məlumat verilib, birgə fəaliyyət üçün geniş potensial diqqətə çatdırılıb.
Tərəflər yaşıl enerji, infrastruktur və sənaye sahələrində əməkdaşlığın gücləndirilməsini müzakirə ediblər.
19:59 22.09.2025
Oxunuş sayı: 836