Azərbaycanda dəmiryol infrastrukturunun təhlükəsizliyi üzrə texniki reqlament hazırlanıb

Azərbaycanda "Dəmiryol nəqliyyatı infrastrukturunun təhlükəsizliyi haqqında" texniki reqlament layihəsi hazırlanıb.
Crossmedia.az bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə istinadən xəbər verir.
Bildirilib ki, ictimai müzakirələr başa çatdıqdan sonra sənəd təsdiq üçün Nazirlər Kabinetinə təqdim ediləcək.
Yeni texniki reqlament dəmiryol nəqliyyatı infrastrukturunun tikintisi başa çatmış obyektlərinə onların layihələndirilməsi, istehsalı, tikintisi, quraşdırılması, nizamlanması və istismara verilməsi zamanı tətbiq olunan tələbləri müəyyən edir.
Həmçinin infrastrukturun altsistemlərinin və elementlərinin eyniləşdirilməsi, markalanma qaydaları, uyğunluğun qiymətləndirilməsi formaları və prosedurları da reqlamentdə əksini tapır.
12:50 15.09.2025
Oxunuş sayı: 610