Azər Fərəcov: "Bağırov körpüsü" ərazisində əsaslı təmir işləri yekunlaşıb"

Bakı–Keşlə sahəsində "Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri yekunlaşıb.
Crossmedia.az
xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir
Yolları" (ADY) QSC-nin Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov
deyib.
Onun
sözlərinə görə, sərnişin daşımalarında etibarlı daşıyıcı olan ADY tərəfindən
Abşeron dairəvi dəmiryol xəttində infrastrukturun sağlamlaşdırılması və hərəkətin
təhlükəsizliyinin davamlı təmin edilməsi məqsədilə Bakı–Keşlə sahəsində
"Bağırov körpüsü" kimi tanınan ərazidə əsaslı təmir işləri aparılıb:
"Təmir işləri çərçivəsində hidroizolyasiya işləri görülüb, drenaj boruları
quraşdırılıb, mühafizə qatı yenilənib, həmçinin avtomobil yolunda asfalt qatı
yenilənib, yeni bordürlər qoyulub ki, bu da infrastrukturun dayanıqlılığını
daha da möhkəmləndirilib. Xidmət sahələrində davamlı olaraq aparılan yenidənqurma
və təmir işləri sərnişinlərin mənzil başına təhlükəsiz və rahat çatdırılmasına
xidmət edir".
17:36 12.09.2025
Oxunuş sayı: 1121