Tramp Rusiyanı ittiham edib

ABŞ prezidenti Donald Tramp açıq şəkildə Rusiyanı Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə dair “qərarları gecikdirməkdə” ittiham edib.
Crossmedia.az-ın məlumatına görə, ABŞ prezidenti qeyd edib ki, onun Vladimir Putinlə əla münasibəti var, lakin hər dəfə irəliləyiş yaxın görünəndə Rusiya “daha bir bomba” atır.
Tramp həmçinin Putin və Volodimir Zelenski arasındakı qarşılıqlı nifrəti və müharibədə “artıq çox qan töküldüyünü” vurğulayıb. Bununla belə, o, Ukraynadakı döyüşlərə son qoymaqda qərarlı olduğunu qeyd edib.
09:08 10.09.2025
Oxunuş sayı: 1087