ABŞ konqresmeni: Bu, müharibə aktıdır

Bu müharibə aktıdır, Rusiya NATO-ya hücum edib.
Crossmedia.az xəbər verir ki, bunu Respublikaçı konqresmen, ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin üzvü Co Vilson bildirib.
Onun sözlərinə görə, Rusiyanın Polşaya pilotsuz təyyarə hücumu Donald Tramp administrasiyasının dərhal Kremlə sərt sanksiyalar tətbiq etməsi və Ukraynaya hərbi dəstəyi artırması üçün səbəbdir.
"Prezident Trampın Ağ Evdə Polşa prezidenti Navroçkini qəbul etməsindən bir həftə keçməmiş Rusiya NATO müttəfiqi Polşaya İran pilotsuz təyyarələri ilə hücum edir. Bu, müharibə aktıdır və biz NATO müttəfiqlərinə hərbi cinayətkar Putinin azad və zəhmətkeş xalqlara qarşı davam edən əsassız təcavüzünə çevik reaksiyaya görə minnətdarıq",- deyə, Vilson qeyd edib.
09:04 10.09.2025
Oxunuş sayı: 1067