DÇ-2026: Azərbaycan millisi Ukrayna ilə bərabərə qalıb – YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.
Crossmedia.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən
qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
51-ci
dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız
məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin
olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi
rekorda imza atıb.
O,
millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban
Qurbanovun 14 qolluq rekordunu yeniləyib.
Qeyd
edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5
cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
20:47
DÇ-2026-nın
seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ilk hissə başa
çatıb.
Crossmedia.az
xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən matçda
birinci yarıda qapılara qol vurulmayıb.
Matçı
yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
20:00
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.
Crossmedia.az xəbər verri ki, qarşılaşma Tofiq Bəhramov
adına Respublika stadionuda keçirilir.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
22:00 09.09.2025
Oxunuş sayı: 1580