Azərbaycanın U-21 millisi Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla bərabərə qalıb

Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması Avropa çempionatının seçmə mərhələsində Bolqarıstanla qarşılaşıb.
Crossmedia.az xəbər verir ki, "Liv Bona Dea
Arena"da baş tutan matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Yığmamızın heyətində qolu 41-ci dəqiqədə Emin Rüsəmov vurub.
U-21-i meydana baş məşqçi Ayxan Abbasovun köməkçisi Elnur
Çodarov çıxarıb.
Qeyd edək ki, U-21 seçmə mərhələdəki ilk görüşdə Portuqaliya
yığmasına 0:5 hesabı ilə məğlub olub.
19:59 09.09.2025
Oxunuş sayı: 1122