Temperatur 10 dərəcə enəcək, sulu qar yağacaq, dolu düşəcək – YENİLƏNİB

Sentyabrın 10-u günün ikinci yarısı şimal və qərb rayonlarından başlayaraq bölgələrdə fasilələrlə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların intensiv və güclü olacağı,
dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal olunur.
Ölkə ərazisində sentyabrın 15-dək havanın temperaturunun ötən
günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcəyi, şimal-qərb küləyinin arabir
güclənəcəyi gözlənilir.
Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.
17:45
Sentyabrın 10-u axşamdan 14-dək Azərbycanda külək güclənəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Milli
Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə Bakıda və Abşeron yarımadasında, Gəncə, Tovuz,
Goranboy, Daşkəsən, Ağstafa, Qazax, Qusar, Xızı, Qobustan, Neftçalada şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Bu da narıncı xəbərdarlığa
uyğundur.
Azərbaycanın digər bölgələrində isə fasilələrlə şimal-qərb
küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlıq
deməkdir.
18:59 09.09.2025
Oxunuş sayı: 1914