Xameneyi Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verib

Xameneyi Pezeşkiana nüvə danışıqlarında vasitəçilik üçün göstəriş verib.
Crossmedia.az xəbər verir ki, İranın ali dini lideri Əli Xameneyi Qərblə nüvə danışıqlarının bərpası məqsədi ilə prezident Məsud Pezeşkiana xüsusi tapşırıq verib. Bununla bağlı “Iran International” məlumatlı mənbələrə istinadla xəbər yayıb.
Məlumata görə, Xameneyi Pezeşkiana Qətər əmirindən vasitəçi kimi çıxış etməsini istəməyi tapşırıb. Məqsəd, İranla Qərb ölkələri arasında gərginliyin azaldılması və xüsusilə “snapback” (tətik) mexanizmi əsasında beynəlxalq sanksiyaların yenidən tətbiq olunmasının qarşısının alınmasıdır.
Qətərin rəsmi xəbər agentliyi də bu məlumatı dolayısı ilə təsdiqləyib. Bildirilib ki, İran prezidenti tərəfindən göndərilən şifahi mesaj sentyabrın 4-də Dohada səfərdə olan İranın xarici işlər naziri Abbas Əraqçı vasitəsilə Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taniyə çatdırılıb. Həmin mesajda Tehranın adından Qətərdən Qərblə əlaqələrin yenidən qurulmasında diplomatik vasitəçilik rolu istənilib.
18:26 09.09.2025
Oxunuş sayı: 1182