Aİ sanksiyalar tətbiq etməyi düşünür
Avropa İttifaqı (Aİ) Mərkəzi Asiya ölkələrinə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirir.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Brüsseldə bəzi Mərkəzi Asiya dövlətlərinə qarşı yeni məhdudlaşdırıcı tədbirlərin paketi müzakirə olunur. Buna səbəb kimi həmin ölkələrin Rusiya ilə əməkdaşlığı və Aİ-nin sanksiya rejiminin pozulması ehtimalı göstərilir.
Avropa mediasının məlumatına görə, sanksiyalar aşağıdakı sahələrə təsir göstərə bilər:
— yüksək texnoloji avadanlıqların ixracı;
— maliyyə əməliyyatları;
— nəqliyyat və logistika sahələri.
Avropa İttifaqı hesab edir ki, Mərkəzi Asiya ərazisindən istifadə olunaraq Moskvaya qarşı əvvəlcədən tətbiq edilmiş sanksiyalar dolanılır.
Zayirova Səbiyyə
Xatırladaq ki, Avropa Komissiyası daha əvvəl xəbərdarlıq etmişdi: əgər üçüncü ölkələr Rusiyanın mövcud sanksiyalardan yayınmasına kömək edərsə, onlara qarşı da “ikincili sanksiyalar” tətbiq edilə bilər.
14:20 09.09.2025
Oxunuş sayı: 4520