P-Diddy Tupakın qətlini sifariş edib

Tupak Şakurun qətlini məşhur amerikalı reper P Diddy sifariş edib.
Crossmedia.az "USA Today"-ə istinadən xəbər verir. Nəşrin yazdığına görə, ehtimal olunan qatil Duane Davis-in ifadələrinə istinadən bildirilir ki, amerikalı reper Şon Kombs (P Diddy-nin əsl adı) qatilə bir milyon dollar ödəyib.
Tupakın ölümü ilə bağlı reperin iştirakını göstərən daha iki ittiham isə mülki iddialar çərçivəsində məhkəməyə təqdim olunan sənədlərdə qeyd olunub. Nəşrin iddiasına görə, Kombs dəfələrlə bu qətlin sifarişini verdiyini və Tupakın vurulduğu avtomobilin icarəsinə görə pul ödədiyini lovğalanaraq etiraf edib.
Bununla belə, Kombs bu ittihamları ictimaiyyət qarşısında inkar edir.
14:08 09.09.2025
Oxunuş sayı: 2240