Azərbaycan bu ölkə ilə iqtisadi əməkdaşlığı genişləndirir - Maraqlı şərh

Dövlətimizin iqtisadi potensialı bütün dünya tərəfindən aydın şəkildə dərk edilir. Müəllifi olduğumuz beynəlxalq layihələr, yaratdığımız nəqliyyat və logistika infrastrukturu həm region həm də digər dövlətlər üçün geniş iqtisadi imkanlar yaradır. Bu iqtisadi imkanların reallaşdırılması da birgə əməkdaşlıqdan və töhfədən keçir. Buenos-Ayresdə Azərbaycanla Argentina arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə imzalanan protokol da bunun bariz nümunəsidir.
Mövzu ilə bağlı iqtisadi ekspert Eldəniz Əmirov Crossmedia.az-a açıqlama verib: “Sözü gedən sənəd iki ölkə arasında iqtisadiyyatın ən müxtəlif sahələrinin birgə inkişaf etdirilməsinə imkan yaradacaq. Xidmət sektorunun, sənayenin, turizmin inkişafına öz faydasını verəcək. Həmçinin enerji sektoru üzrə birgə əməkdaşlıq imkanları da araşdırılır. Sağlamlıq və əczaçılıq məsələləri üzrə fürsətlər müzakirə olunur. Rəqəmsal texnologiyalar, elm sektoru eyni zamanda nəqliyyat və logistika sahəsində birgə əməkdaşlıq müzakirə edilir. Düşünürəm ki, Argentina məsafə baxımından bizdən çox uzaq olsa da bu ölkələrlə iqtisadi inkişafın təmin edilməsi üçün danışıqların aparılması düzgün addımdır”.
Ayhan
19:09 08.09.2025
Oxunuş sayı: 867