Emin Əmrullayev: "Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar"

Məktəbdə təhsil alan uşaqlar futbolla da məşğul olacaqlar.
Crossmedia.az xəbər verir ki, bunu jurnalistlərə Elm və Təhsil Naziri Emin Əmrullayev 247 saylı məktəbdə futbol meydançasının açılışı zamanı deyib.
O, AFFA-nın gördüyü işi yüksək qiymətləndirib:
"Bu qədər sevinən uşağı sonuncu dəfə nə vaxt gördüyümü xatırlamıram. Bu qədər uşağın bura toplaşması sözün əsl mənasında futbola sevginin bariz nümunəsidir. Fürsətdən istifadə edib AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm ki belə məktəblərin yaradılması təşəbbüsü ilə çıxış edir. Bu onların xatirəsində yaxşı xatirə kimi qalacaq".
17:50 08.09.2025
Oxunuş sayı: 1026