Naxçıvanda orta aylıq əməkhaqqı artıb

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasında ümumi daxili məhsul (ÜDM) 4,5 % artaraq 759,9 milyon manat təşkil edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının muxtar respublikanın büdcəsinin icrasına dair altı aylıq təhlilində qeyd olunub.
Hesabat dövründə bölgədə 540 yeni iş yeri açılıb. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən dövlət proqramları nəticəsində muxtar respublikada orta aylıq əməkhaqqı da 5,9 % artaraq 812,1 manata yüksəlib.
Palatanın məlumatına görə, məşğulluq imkanlarının genişlənməsi və inzibatçılıq tədbirlərinin gücləndirilməsi yerli gəlirlərin artımına da müsbət təsir göstərib.
17:03 08.09.2025
Oxunuş sayı: 1304