Azərbaycan idmançısı "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb

Azərbaycan idmançısı Rəşid Süleymanov (75 kq) Avstriyanın Zalsburq şəhərində keçirilən "Karate-1" A Seriya turnirində bürünc medal qazanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Karate Federasiyasının mətbuat xidməti məlumat verib.
Azərbaycan millisinin üzvü fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Qeyd edək ki, "Karate-1" A Seriya turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.
16:10 08.09.2025
Oxunuş sayı: 831