Azərbaycan stolüstü tennisçiləri Universiadada gümüş medala layiq görülüblər

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında gümüş medala layiq görülüblər.
Crossmedia.az xəbər verir ki, stolüstü tennisçilər Zemfira Mikayılova ilə Ləman Abulhəmidova Qırğızıstanın Çolpan-Ata şəhərində təşkil olunan Türkdilli Dövlətlərin Universiadasında gümüş medal qazanıb.
Komanda yarışlarında Qırğızıstan idmançılarına 3-0, Qazaxıstan təmsilçilərinə 3-1 hesabı ilə qalib gələn Mikayılova-Abdulhəmidova tandemi finalda türkiyəli rəqiblərinə 1-3 hesabı ilə uduzaraq ikinci yeri tutub.
Qeyd edək ki, sayca üçüncü olan Universiadaya sentyabrın 9-da yekun vurulacaq.
21:46 07.09.2025
Oxunuş sayı: 666