Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəlib

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb.
Crossmedia.az xəbər verir ki, yığma 1/4 final mərhələsində
Polşa seçməsi ilə üz-üzə gəlib.
Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.
Qeyd edək ki, Azərbaycan millisi daha əvvəl qrup mərhələsində
Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.
15:01 07.09.2025
Oxunuş sayı: 1225