Dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib

"Konstitusiya və Suverenlik İli" çərçivəsində Gənclər və İdman Nazirliyi, Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib.
Crossmedia.az xəbər verir ki, veloparkda təşkil olunan
yarışda 11 dövlət qurumunun nümayəndəsi iştirak edib.
Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı
Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Liliya
Xametova (SOCAR) ikinci, Arzu Nəbiyeva (Azərbaycan Dəmir Yolları) isə üçüncü
yeri tutublar.
Kişilər arasında Cəlal Süleymanov (FHN) fəxri kürsünün ən
yüksək pilləsinə qalxıb. Cavid Xəlilov (FHN) və Ceyhun Məhərrəmli (SOCAR)
müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
14:05 07.09.2025
Oxunuş sayı: 1892