Atıcılıq üzrə Azərbaycan çempionatının qalibləri bəlli olub


Gənclər və İdman Nazirliyi, Azərbaycan Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə güllə və stend atıcılığı üzrə Azərbaycan çempionatı başa çatıb.
Crossmedia.az xəbər verir ki, Bakı Atıcılıq Mərkəzində baş
tutan yarışda müxtəlif kateqoriyalar üzrə 100-dən artıq idmançı mübarizə
aparıb. 5 gün davam edən mübarizələrdən
sonra mükafatçılar bəlli olub.
Qaliblərə medal, fəxri diplom və xüsusi mükafatlar təqdim
olunub. Azərbaycan çempionatının qalibləri: 25 metr məsafəyə kiçik çaplı tapançadan atəş
üzrə (qadınlar): 1. Zeynəb Sultanova 2. Nilufər Səmədli 3. Sofiya Barxalova
25 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə (kişilər):
1. Ruslan Lunev 2. İmran Qarayev 3. Cəfər Sultanlı
50 metr məsafəyə kiçik çaplı tapançadan atəş üzrə: 1. Rəsul
Məmmədov 2. Hacı Musayev 3. Vladislav Kalmıkov
50 metr məsafəyə 3 vəziyyətdə tüfəng ilə atəş açma: 1. Nigar Ramazanova
2. Əliməmməd Hüseynov 3. Üzeyir Tapdıqlı
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə(qadınlar):
1. Sofiya Barxalova 2. Xanna Əliyeva 3. Zeynəb Sultanova
10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə (kişilər):
1. Oleq Kerjankin 2. Hacı Musayev 3. Rəsul Məmmədov
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (qadınlar):
1. Elvina Əfsanə 2. Nigar Ramazanova 3. Jalə Bayramova
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (kişilər): 1.
Üzeyir Tapdıqlı 2. Əliməmməd Hüseynov 3. Ruslan Qəhrəmanov 10 metr məsafəyə pnevmatik tapançadan atəş
üzrə (qarışıq komanda): 1. Leyli Əliyeva – Elvin Astanov 2. Zeynəb Sultanova –
Vladislav Kalmıkov 3. Xanna Əliyeva – Hacı Musayev
10 metr məsafəyə pnevmatik tüfəngdən atəş üzrə (qarışıq
komanda): 1. Jalə Bayramova – Üzeyir Tapdıqlı 2. Nuranə Əliyeva – Ruslan Qəhrəmanov
3. Nigar Ramazanova – Ramiz Xəlilov
Qadınlar arasında səngər stendi atıcılığı: 1. Nərmin Cəfərova 2. Aydan
Camalova 3. Alina Rəfixanova Kişilər
arasında səngər stendi atıcılığı: 1. Əli Hüseynli 2. Mirmömin Ağazadə 3.
Tamerlan Məmmədov
Qadınlar arasında dairəvi stend atıcılığı: 1. Nurlana Cəfərova
2. Riqina Meftaxetdinova 3. Şölə Quliyeva Kişilər arasında dairəvi stend atıcılığı: 1.
Cavid Həsənov 2. Niyaz Ağazadə 3. Fuad Qurbanov
13:30 07.09.2025
Oxunuş sayı: 1242