Braziliyalı qapıçı sinəsi ilə penaltini qaytarandan sonra ölüb

Braziliyalı qapıçı Pikse futzal üzrə həvəskarlar arasında keçirilən turnirdə penalti zərbəsini sinəsi ilə qaytarandan sonra ölüb.
Crossmedia.az xəbər verir ki, bu barədə "CNN
Brazil" telekanalı məlumat yayıb.
Qapıçı zərbəni dəf edib və komanda yoldaşları ilə sevincini
bölüşmək üçün qaçıb, sonra yıxılıb. Pikse xəstəxanaya çatdırılsa da, həkimlər
idmançını xilas edə bilməyiblər.
Ölümün səbəbi hələlik açıqlanmayıb.
01:30 05.09.2025
Oxunuş sayı: 1076