PSJ-nin futbolçusu "Qətər" klubuna keçir

Fransanın PSJ klubunun futbolçusu Presnel Kimpembe karyerasını Qətərdə davam etdirməyə yaxındır.
Crossmedia.az xəbər verir ki, bu barədə ölkənin məşhur
"Lequipe" nəşri məlumat yayıb.
30 yaşlı müdafiəçi "Qətər" komandasında çıxış edəcək.
Hazırda danışıqlar son mərhələdədir. Sözügedən ölkədə transfer dönəmi bitənədək
(16 sentyabr) Kimpembenin keçidi açıqlanacaq.
Digər Yaxın Şərq təmsilçilərinin, xüsusən də Səudiyyə Ərəbistanı
komandalarının oyunçunu almaq cəhdləri uğursuz alınıb.
Qeyd edək ki, fransalı futbolçu 2024/2025 mövsümündə PSJ-də
beş matçda meydana çıxıb.
04:30 05.09.2025
Oxunuş sayı: 953