Neft bahalaşıb: "Allah bərəkət versin"

Azərbaycan neftinin qiyməti 71 dolları keçib. Bu ölkə iqtisadiyyatı üçün müsbət siqnaldır. Lakin qlobal bazarlardakı dəyişkənlik və iqtisadi amillər qiymətlərin gələcək trayektoriyasını müəyyənləşdirəcək. Azərbaycanın neft sənayesi, xüsusilə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan neft, ölkə iqtisadiyyatının əsas dayaqlarından biri olaraq qalmaqdadır. Azərbaycan neftinin dünya bazarında bu cür yerə sahib olması və artan qiymət artımlarının nə kimi müsbət təsirləri ola bilər?
Bu dinamika Neft sahəsi üzrə tanınmış ekspert, Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Crossmedia.az-a açıqlama verib:
“Allah bərəkət versin. Normal qiymətə, yəni dövlət büdcəsinin gəlirlərində proqnoz edilən qiymətdən yüksəkdir. Bu isə o deməkdir ki, neft sektorundan proqnoz edilən büdcə ödəmələri vaxtında və proqnoz edilən həcmdən az olmayaraq ödənilə biləcək”.
Ayhan
14:23 04.09.2025
Oxunuş sayı: 910