Gənclər və İdman Nazirliyi "Səhər idmanı" layihəsinə start verib

Gənclər və İdman Nazirliyi "Səhər idmanı" layihəsinə start verib.
Crossmedia.az xəbər verir ki, "Dədə Qorqud" parkında baş tutan idman tədbirinə gənclər və idman naziri Fərid Qayıbovla yanaşı media nümayəndələri Gənclər və İdman Nazirliyinin əməkdaşları, idman səfirləri, idman veteranları və gənclər də qoşulublar.
İştirakçılar idman edərək sağlam həyata çağırış ediblər.
Qeyd edək ki, Gənclər və İdman Nazirliyi paytaxt sakinlərinin sağlam həyat tərzinə marağını artırmaq üçün bu günlərdə yeni bir təşəbbüsə start verib. Nazirliyin "Sağlam həyat" layihəsi çərçivəsində Zabitlər, Mərkəzi və Dədə Qorqud parklarında həftəiçi 6 gün, səhər saat 7-dən 8-dək səhər məşqləri keçirilir.
Məqsəd idmanın hər bir insan üçün həyat tərzinə çevrilməsi və hər kəsin günə gümrah başlamasıdır.
09:13 04.09.2025
Oxunuş sayı: 953