"Barselona" futbolçusunu icarəyə verib

İspaniyanın "Barselona" klubu futbolçusu Ektor Fortu icarəyə verib.
Crossmedia.az xəbər verir ki, 19 yaşlı müdafiəçi 2025/2026
mövsümündə ölkənin digər komandası "Elçe"nin formasını geyinəcək.
Qeyd edək ki, ispaniyalı oyunçu "Barselona"nın əsas
komandasında 30 matça çıxıb. Kataloniya təmsilçisinin yetirməsi bu görüşlərdə 3
məhsuldar ötürmə ilə yadda qalıb.
01:30 03.09.2025
Oxunuş sayı: 861