Azərbaycanın stolüstü tennisçiləri Universiadada iştirak etmək üçün Qırğızıstana yollanıb

Azərbaycan stolüstü tennisçiləri Türkdilli Dövlətlərin Universiadasında iştirak edəcəklər.
Crossmedia.az xəbər verir ki, komanda bu gün yarışın keçiriləcəyi
Qırğızıstana yollanıb.
Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Amin Oruczadə və
Tural Mirzəyev baş məşqçi Fərhad İsmayılovun rəhbərliyi ilə sözügedən yarışda qələbə
uğrunda mübarizə aparacaqlar.
Çolpan-Ata şəhərində təşkil olunacaq Universiadaya sabah
start veriləcək. Yarışa sentyabrın 9-da yekun vurulacaq.
23:51 02.09.2025
Oxunuş sayı: 786