Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlanıb

Portuqaliya - Azərbaycan matçının hakimləri açıqlanıb
Crossmedia.az xəbər verir ki sentyabrın 5-də Barseluş şəhərində təşkil olunacaq qarşılaşma Kiprdən olan hakimlər briqadasına həvalə olunub.
Baş hakim Konstantinos Fellasa yan xətlərdə Pavlos Georgiu və Giorgios Xaralampus, eləcə də Dimitris Solomu dördüncü hakim qismində kömək edəcəklər.
Serbiyalı Deyan Filipoviç hakim-inspektor, ingiltərəli İan Atkins UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
07:30 03.09.2025
Oxunuş sayı: 706