Körfəz Əməkdaşlıq Şurası: İran üç adanın işğalına son qoymalıdır

İran üç adanın işğalına son qoymalıdır.
Crossmedia.az xəbər verir ki, ötən gün Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələrin Nazirlər Şurası İranın Fars Körfəzindəki Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını işğalda saxlamasını bir daha pisləyib.
Şuranın yaydığı bəyanatda qeyd olunur ki, İranın sözügedən üç ada üzərində davam edən nəzarəti beynəlxalq hüquq normalarına ziddir. “Körfəz Əməkdaşlıq Şurası İranın BƏƏ-yə məxsus olan üç adanı işğalda saxlamasını pisləyir və əvvəlki qətnamələrini bir daha təkrarlayır", – deyə, bəyanatda bildirilir.
Körfəz Əməkdaşlıq Şurası İranı Birləşmiş Ərəb Əmirlikləri ilə birbaşa danışıqlara başlamağa və ya məsələni Beynəlxalq Ədalət Məhkəməsinə müraciət yolu ilə həll etmək səylərinə cavab verməyə çağırıb.
19:20 02.09.2025
Oxunuş sayı: 998