Dünya çempionu İtaliya klubu ilə müqavilə imzalayıb

İspaniya millisinin heyətində 2010-cu il dünya çempionatının qalibi olan Raul Albiol İtaliyanın "Piza" klubu ilə müqavilə imzalayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisinin
mətbuat xidməti məlumat paylaşıb.
Sentyabrın 4-də 40 yaşı tamam olacaq ispaniyalı müdafiəçi bu
yay 2019-cu ildən formasını geyindiyi "Vilyarreal"dan azad agent kimi
ayrılıb. O, ötən mövsüm La Liqada 15 oyun keçirib.
Qeyd edək ki, Raul Albiol karyerası ərzində "Real"
(İspaniya) və "Napoli" (İtaliya) klublarının da formasını geyinib.
04:30 03.09.2025
Oxunuş sayı: 1076