Almaniya klubundan qovulan niderlandlı mütəxəssisin təzminatının məbləği açıqlanıb

Almaniyanın "Bayer 04" klubundan qovulan Erik ten Haqın əldə etdiyi təzminatın məbləği açıqlanıb.
Crossmedia.az xəbər verir ki, niderlandlı baş məşqçi müqaviləsi
vaxtından əvvəl pozulduğuna görə təxminən 5 milyon avro qazanıb.
Onun klubla müqaviləsi iyulda qüvvəyə minib. Nəticədə maaş və
təzminat məbləği nəzərə alınmaqla, Erik ten Haqa iki aylıq işinə görə ümumilikdə
6 milyon avro ödənilib.
Qeyd edək ki, "Bayer 04" niderlandlı mütəxəssisin
rəhbərliyi altında cəmi iki rəsmi oyun keçirib. "Hoffenhaym"a məğlub
olan (1:2) Leverkuzen təmsilçisi "Verder"lə heç-heçə edib - 3:3.
17:45 02.09.2025
Oxunuş sayı: 794