Girkin Rusiyanın cəbhədə uğursuzluğunu etiraf edib

Bu yay Rusiya Ukraynanın müdafiəsini cəbhənin heç bir hissəsini yara bilməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, bu faktı DXR-in keçmiş müdafiə naziri İqor Girkin “utanc” adlandırıb.
“Bu, utancdır. Biz yay ərzində cəbhənin heç bir hissəsini yara bilmədik. 16 ay ərzində yalnız Çasovıy Yarın alınması hücumunu başa vurduq, Ukrayna isə bu müddətdə gənclərə xaricə çıxmağa icazə verdi”, – deyə Girkin bildirib.
O, Ukrayna Nazirlər Kabinetinin 18–22 yaş arası gənclərə sərbəst şəkildə xaricə çıxmağa icazə verən qərarını nəzərdə tutub. Girkinin sözlərinə görə, əgər Ukrayna doğrudan da “son nəfəsində” olsaydı, artıq 16 yaşlıların da hərbi xidmətə çağırışı başlanardı.
10:35 02.09.2025
Oxunuş sayı: 916