Tramp neft statistikasını paylaşdı: “Əsl faktlar bunlardır!”
ABŞ Prezidenti Donald Tramp özünün sosial media hesabında prezidentliyi dövründə və sələfləri Barak Obama ilə Co Baydenin hakimiyyəti zamanı neftin bir barelinin 100 dollardan yuxarı olduğu günlərin sayını müqayisə edən statistika paylaşıb.
Crossmedia.az xəbər verir ki, Trampın paylaşdığı infoqrafikaya görə, Obama dövründə neftin qiymətinin 100 dollardan yuxarı olduğu 308 gün, Baydenin prezidentliyi zamanı 83 gün, Trampın ilk prezidentlik müddətində isə 0 gün olub. Hazırkı prezidentlik müddətində isə paylaşımın edildiyi vaxta qədər bu göstərici 24 gün göstərilib. trump.fm
Tramp paylaşımında Baydenin fotosu əvəzinə başqa bir görüntüdən istifadə edib və demokratları tənqid edərək “Demokratlar fırıldaqçıdır. Bunlar əsl FAKTLARDIR!” ifadəsini yazıb.
Qeyd edək ki, ABŞ Energetika İnformasiyası Administrasiyasının məlumatlarına əsasən, 2026-cı ildə neft qiymətlərində ciddi dəyişkənlik müşahidə olunur.
16:29 09.10.2026
Oxunuş sayı: 52