Ceyranbatanda yaşayış binasındakı yanğın söndürülüb, sakinlər təxliyə olunub - Yenilənib
Ceyranbatanda onmərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə yanğın baş verib.
Crossmedia.az xəbər verir ki,bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bina sakinləri təxliyə olunub, xəsarət alan olmayıb.
17:30
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində mənzil yanır.
Crossmedia.az xəbər verir ki, hadisə qəsəbədə yerləşən çoxmərtəbəli yaşayış binasındakı mənzillərdən birində qeydə alınıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.
18:18 09.10.2026
Oxunuş sayı: 50