Edam zamanı iki dəfə ölümcül iynə vuruldu: belə sağ qaldı...
ABŞ-ın Tennessi ştatında edam cəhdindən sağ çıxan Krista Paykın vəziyyətində ciddi irəliləyiş müşahidə olunub. Onun vəkillərinin bildirdiyinə görə, Payk artıq yeriyir və köməksiz şəkildə qidalana bilir.
Crossmedia.az xəbər verir ki, Payk sentyabrın 30-da ölümcül iynə ilə edam edilməli idi. Lakin ona iki doza pentobarbital vurulmasına baxmayaraq, edam prosesi baş tutmayıb və o, xəstəxanaya aparılıb.
Vəkillər bildiriblər ki, Paykda hazırda güclü koqnitiv dezorientasiya müşahidə olunur. Bununla belə, onun edam cəhdindən sağ çıxdığını dərk etdiyi və baş verənlərə görə qəzəbli və çaşqın olduğu qeyd edilir.
Paykın hüquq komandası Tennessi qubernatoru Bill Lidən ölüm hökmünün şərti azadlığa buraxılma imkanı olmadan ömürlük həbs cəzası ilə əvəz edilməsini tələb edir.
Edam cəhdinin uğursuzluğu ilə bağlı Tennessi ştatında araşdırma aparılır. Paykın işi isə ABŞ-da ölüm hökmünün icrası və uğursuz edam prosedurları ilə bağlı yeni hüquqi mübahisələrə səbəb olub.
17:38 09.10.2026
Oxunuş sayı: 48