Zelenski: Rusiyanın iki böyük neft emalı zavoduna zərbə endirdik
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Omsk və Komi bölgələrində yerləşən neft emalı zavodlarına zərbələr endirildiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, Zelenskinin sözlərinə görə, Rusiyanın iri neft emalı müəssisələrindən biri olan Omsk Neft Emalı Zavodu, həmçinin dövlət sərhədindən təxminən 1 900 kilometr məsafədə yerləşən Uxta Neft Emalı Zavodu PUA hücumlarına məruz qalıb.
Ukrayna Prezidenti bildirib ki, Uxtadakı hədəfə təxminən 2 500 kilometr uçuş məsafəsinə malik olduğu iddia edilən “An-196 RS” dronları ilə zərbə endirilib. Omsk Neft Emalı Zavoduna isə “FP-6” adlı, modifikasiya edilmiş “FP-1” PUA-larının tətbiq edildiyi qeyd olunub.
Zelenski həmçinin Rusiyanın Ukraynaya endirdiyi zərbələrə cavab verməyə davam etdiklərini bildirib. Onun sözlərinə görə, növbəti data-mərkəz də hədəfə alınıb və bu, Ukraynanın “güzgü cavabı”dır.
Qeyd: Zərbələrin nəticələri və istifadə olunan PUA modelləri ilə bağlı məlumatlar Zelenskinin açıqlamasına əsaslanır.
16:21 09.10.2026
Oxunuş sayı: 62