Maskdan mobil rabitədə yeni addım: Starlink ABŞ-nipeyklərlə əhatə edəcək
İlon Maskın “SpaceX” şirkəti ABŞ-də mobil rabitə bazarına daxil olmağa və adi smartfonları birbaşa “Starlink” peyklərinə qoşmağa hazırlaşır. Şirkətin planına əsasən, bu texnologiya yerüstü mobil rabitə qüllələrinə ehtiyac olmadan ölkə üzrə əlaqə yaratmağa imkan verə bilər.
Crossmedia.az xəbər verir ki, bu barədə yayılan məlumatda bildirilir.
“SpaceX” mobil rabitə xidmətinin əhatə dairəsini genişləndirmək üçün ölkə ərazisində əlaqəni təmin etməyə imkan verən radiofrekansların əldə olunması ilə bağlı razılığa gəlib. Şirkət yeni xidmətin “Starlink Mobile” adlanacağını və adi smartfonların birbaşa peyk şəbəkəsinə qoşulacağını açıqlayıb.
“SpaceX”in iddiasına görə, siqnal hətta binaların divarlarından keçərək qapalı məkanlarda da sabit rabitə təmin edə bilər. Bu texnologiyanın tətbiqi mobil şəbəkənin əhatə dairəsini genişləndirmək və ənənəvi rabitə infrastrukturundan asılılığı azaltmaq məqsədi daşıyır.
17:30 09.10.2026
Oxunuş sayı: 53